Jurnalist deputat köməkçisi təyin olunub

Xəbərlər

01.06.2020 - 11:17

Elşad Miraləmə vəzifə verilib

 

Jurnalist Elşad Miraləm deputat Sultan Məmmədova yeni köməkçi təyin olunub. AYNA xəbər verir ki, bu barədə jurnalistin özü məlumat verib.

 

Qeyd edək ki, E.Miraləm bu təyinatadək SOCAR-ın Təhlükəsizlik İdarəsi rəisinin media ilə əlaqələr üzrə müşaviri vəzifəsində çalışıb. Bundan əvvəl isə CBC telekanalının Azərbaycan redaksiyasının baş redaktoru, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin informasiya şöbəsinin rəhbəri olub.

Müəllif: Ayna.az