İzmirdə zəlzələdə dağılmış evləri tikənlər həbs edilib

Dünya

06.11.2020 - 06:54

Həkimlər Klinikalar SEO Xidməti

Ağır vəziyyətdə olan 124 bina təcili olaraq söküləcək

 

Türkiyənin İzmir şəhərində baş vermiş güclü zəlzələ nəticəsində uçmuş evlərin tikintisində iştirak edən 7 nəfər həbs olunub.

 

AYNA bildirir ki, bu barədə “TRT” telekanalı xəbər verib.

 

Saxlanılan daha iki nəfər isə şərti olaraq sərbəst buraxılıb.

 

Qeyd edək ki, İzmirdə 10 min 287 binada araşdırma aparılıb. 124 ağır, 119 orta və az zərər görən 730 bina təsbit edilib. Ağır vəziyyətdə olan 124 bina təcili olaraq söküləcək.

 

Zəlzələ nəticəsində 114 nəfər həlak olub, 1035 vətəndaş xəsarət alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş