Nəşi tapılan Azərbaycan hərbçisinin şəxsiyyəti müəyyənləşib
Baş Prokurorluq Vətən müharibəsi zamanı itkin düşən və nəşi tapılan Azərbaycan hərbçisi barədə məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AYNA-ya bildirilib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.
Növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.