Bu barədə ölkənin Baş Naziri Cüzeppe Konte məlumat verib
İtaliya may ayından etibarən tətbiq edilən karantin tədbirlərini yüngülləşdirməyə hazırlaşır.
AYNA xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Cüzeppe Konte öz “Facebook” səhifəsində məlumat verib.
Konte hökumətin karantinin 2-ci mərhələsi üçün mütəxəssislərlə gecə-gündüz işləməyə davam etdiyini ifadə edib: “Ümid edirəm, bu həftənin sonuna qədər 2-ci mərhələ üçün ətraflı proqramı təqdim edəcəyəm. Yəqin ki, planı həyata keçirəcəyik”.
Hökumət başçısı bir çox vətəndaşın mövcud sərt tədbirlərdən bezdiyini və karantinin, tamamilə, aradan qalxmasını istədiklərini bildirib.