İtaliyada fövqəladə rejim oktyabrın 15-dək uzadılır

Dünya

29.07.2020 - 18:03

Baş Nazir: “Müddətin uzadılması pandemiyanın davam etməsi ilə əlaqədardır”

 

İtaliyada koronavirusla bağlı fövqəladə vəziyyət oktyabrın 15-dək uzadılacaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Baş Nazir Cüzeppe Konte bildirib.

 

Baş Nazir qeyd edib ki, budəfəki rejim əvvəlki qaydalarla olmayacaq. Onun sözlərinə görə, heç kim evinə qapadılmayacaq.

 

“Amma virusla mübarizə hələ də davam etdiyi üçün bir sıra qaydalar yenidən sərtləşdirilə bilər. İtaliyada koronavirusla bağlı iyulun 31-dək davam edəcək karantin rejimi ilkin alınmış tədbirlər üzrə davam etməyəcək. Müddətin uzadılması İtaliyanın virusla mübarizədə zəif olmasını yox, pandemiyanın davam etməsi ilə əlaqədardır. Hazırda vəziyyət tamb nəzarət altındadır. Buna sübut olaraq son bir neçə həftədə 200-ə yaxın yeni yoluxma faktının olması əsas kimi göstərilə bilər”, - deyə Konte vurğulayıb.

 

Qeyd edək ki, İtaliyada fövqəladə hal yanvarın 31-də elan olunub. Onu da bildirək ki, İtaliya pandemiyadan ən çox əziyyət çəkmiş ölkələrdən biridir. Pandemiya dövründə bu ölkədə 246 min 500 yoluxma, 35 min 100 ölüm halı qeydə alınıb.

Müəllif: Ayna.az