İsveçrədə daha 66 nəfər COVİD-19-a yoluxub

Dünya

07.05.2020 - 20:11

Virusdan ölənlərin sayı 1500-ü keçdi

 

İsveçrədə COVİD-19-a yoluxanların sayı 30 min 126 nəfərə çatıb. AYNA xarici KİV-ə istinadən bildirir ki, bu barədə İsveçrənin Federal İctimai Səhiyyə İdarəsi məlumat yayıb.

 

İdarənin məlumatına görə, ötən sutkada 66 nəfərdə koronavirusa yoluxma təsdiqlənib, 13 nəfər isə virusun qurbanı olub. Bununla da İsveçrədə COVİD-19-dan ölənlərin sayı 1 518-ə çatıb. Məlumatda o da qeyd olunur ki, indiyədək ölkədə 296 min 100 nəfər testdən keçirilib.

Müəllif: Ayna.az