İsveçin Erebru şəhərində təyyarə qəzası baş verib.
AYNA xəbər verir ki, bu barədə İsveç mediası məlumat yayıb. Bildirilir ki, göyərtədə 9 nəfər olub. Təyyarə havaya qalxdıqdan sonra düşüb.
“Aftonbladet” qəzeti polisə istinadən xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitəsinin göyərtəsində olan doqquz nəfərin hamısı həlak olub. Onlardan səkkizi paraşütçü, biri isə pilotdur.