İstehlaka yararsız ət satışının qarşısı alınıb

Xəbərlər

11.03.2025 - 22:13

Həkimlər Klinikalar SEO Xidməti

Heyvan cəmdəyinin insan istehlakı üçün yararsız olduğu müəyyən edilib

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Şərur rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri reyd zamanı Şərur rayonu Xətai kənd sakini fiziki şəxs Əhmədov Rövşən İsmayıl oğlu tərəfindən ölmüş, istehlaka yararsız 59 kiloqram iribuynuzlu heyvan cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb.

Agentlikdən AYNA.AZ-a verilən məlumata görə, orqanoleptik müayinələr zamanı heyvan cəmdəyinin insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, ölmüş heyvan cəmdəyi məhv olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş