İstanbulda tarixi Vaniköy məscidində baş verən yanğın söndürülüb

Dünya

15.11.2020 - 17:15

Həkimlər Klinikalar SEO Xidməti

Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma başladılıb

 

İstanbulun Üsküdar rayonunda yerləşən tarixi Vaniköy məscidində baş verən yanğın söndürülüb. AYNA qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyindən bildirilib.

 

Məlumatda qeyd olunub ki, Türkiyə vaxtı ilə saat 13:30-da başlayan yanğının söndürülməsi işlərinə yanğınsöndürən maşınlarla yanaşı, üç xüsusi təhlükəsizlik qayığı da cəlb olunub. Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma başladılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş