İstanbulda COVID-19-dan ölənlər tabutda dəfn edilir - <font color=red> FOTOLAR</font>

Dünya

29.11.2020 - 02:20

İstanbulda koronavirusdan ölənlərin dəfnlərindən görüntülər yayılıb


Bütün dünyanı əhatə edən COVID-19 virusundan hər gün yüzlərlə insan ölür. AYNA xəbər verir ki, pandemiyadan ən çox təsirlənən şəhərlər arasında olan İstanbulda da ölüm halları artmaqda davam edir. İstanbulda yoluxucu xəstəliklərdən həyatını itirənlərin böyük əksəriyyəti Kilyos Qəbiristanlığında dəfn olunur. İstanbulda virus səbəbi ölənlərin dəfni qoruyucu tədbirlər çərçivəsində dini qaydalarla həyata keçirilir. Cənazə namazlarda az sayda insan iştirak edir. Yaxınları olmayan şəxslər üçün cənazə namazını qəbirstanlıq işçiləri qılır. Koronavirusdan vəfat edənlər tabutda basdırılır. Məqsəd həm virusun yayılmasının qarşısını almaq, həm də gələcəkdə həmin meyitlərin başqa qəbiristanlıqlara köçürülməsini asanlaşdırmaqdır.


Dəfn prosesini həyata keçirən işçilər xüsusi paltar geyinirlər. Onlar da tibb işçiləri kimi yüksək risk qrupunda olanlardan sayılırlar. Son günlərdə ölü sayının artması ilə onların da iş yükü artıb. Lakin morqlarda və qəbiristanlıqlarda sıxlıq və xaos olmadığı qeyd edilir. Qəbiristanlıq işçilərinə vəfat edənin ölüm səbəbi barədə məlumat verilir və işçilər meyitin  yuyulması zamanı əlcəklərdən, tibbi maskalardan və maye keçirməyən önlüklərdən istifadə edirlər. Koronavirus səbəbilə həyatını itirənlərin dəfnindən əvvəl və ya sonra dezinfeksiya edilməsinə ehtiyac yoxdur, xüsusən də meyit kəfənlənib tabuta qoyulana qədər əlcəklərdən istifadə etmək lazımdır. Morqlar isə hər gün müəyyən fasilələrlə dezinfeksiya olunur.

Müəllif: Ayna.az