İsraildə sutkada 2 minə yaxın yoluxma

Dünya

30.07.2020 - 04:11

Ölkədə 34 521 aktiv koronavirus xəstəsi qalmaqdadır

 

İsraildə son sutka ərzində daha 1 943 nəfərdə koronavirus aşkarlanıb, 5 nəfər vəfat edib. AYNA bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

 

Bununla da ölkədə xəstələnənlərin sayı 67 734-ə, virus qurbanlarının sayı isə 491-ə yüksəlib.

 

Bundan əlavə, indiyədək 32 722 nəfər sağalıb. Ölkədə 34 521 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 328-nin vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az