İsrail Rusiya və Argentinaya səfərləri məhdudlaşdırır

Dünya

30.05.2021 - 21:17

Həkimlər Klinikalar SEO Xidməti

Səfərlərə yalnız xüsusi hallarda icazə verilə bilər

 

İsrail hökuməti koronovirusun yayılması ilə əlaqədar mayın 31-dən etibarən ölkə vətəndaşlarının səfərləri qadağan olunan ölkələrin siyahısına Rusiya və Argentinanı da əlavə edib. AYNA xarici mediaya istinadən bildirir ki, ölkənin Səhiyyə Nazirliyi məlumatı təsdiqləyib.

 

Nazirliyin yaydığı məlumata görə, qadağa həmin ölkələrdə maksimal yoluxma riski ilə bağlıdır. Səfərlərə yalnız xüsusi hallarda icazə verilə bilər.

 

Nazirlikdən xatırladıblar ki, “qırmızı sıyahıda” artıq Ukrayna, Efiopiya, Braziliya, Cənubi Afrika Respublikası, Hindistan və Türkiyənin adları var. Bu ölkələrə səyahət icazəsi yalnız səlahiyyətləndirilmiş komissiya tərəfindən verilir.

 

Sərəncamın iyunun 13-dək qüvvədə olduğu və müxtəlif ölkələrdə yoluxmanın səviyyəsindən asılı olaraq müddətin artırılacağı bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş