“Kan”: Bu hərəkət xüsusilə Suriyadakı kürd azlığına təsir edəcək
İsrail Vaşinqtonun Amerika qoşunlarını Suriyadan çıxarmaq niyyətindən ciddi narahatdır. AYNA xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Bildirilib ki, Ağ Evin yüksək rütbəli rəsmiləri İsrail nümayəndələrinə ABŞ Prezidenti Donald Trampın Suriya ərazisində qalan minlərlə amerikalı əsgərin çıxarılmasında maraqlı olduğunu açıqlayıblar.
“Kan” qeyd edir ki, bu hərəkət xüsusilə Suriyadakı kürd azlığına təsir edəcək.
İsrailin müdafiə naziri İsrael Katz yanvarın 28-də Suriya tərəfdən Hermon dağının təpəsindəki ordu mövqeyinə səfəri zamanı bildirib ki, İsrail qoşunları Suriya ilə sərhəddəki bufer zonada qeyri-müəyyən müddətə qalacaq. Həmin gün İsrail Müdafiə Nazirliyi İDF bölmələrinin dağ silsiləsinin Suriya tərəfində qışa hazırlaşdığını əks etdirən video yayımlayıb. Öz növbəsində, İsrail İDF son həftələrdə Hermon dağının Suriya hissəsində İsrail əsgərlərinin orada olması üçün “müxtəlif hava şəraitinə tab gətirə biləcək infrastruktur yaradılıb və avadanlıq yerləşdirilib”.