İspaniyada daha 187 nəfərdə koronavirus aşkarlanıb

Dünya

30.05.2020 - 04:35

İspaniyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

 

Son sutka ərzində İspaniyada 187 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.

 

Bildirilir ki, epidemiyanın başlanğıcından bəri virusa yoluxanların sayı 238 564-ə çatıb.

 

Ümumilikdə ölənlərin sayı isə 27 121 nəfərdir.

 

Son bir həftədə 286 nəfər xəstəxanalara yerləşdirilib (ümumilikdə 123 891), onlardan 12 nəfəri reanimasiya şöbəsindədir.

Müəllif: Ayna.az