İkinci yeri McLaren komandasından britaniyalı Lando Norris tutub
"Ferrari"nin ispan pilotu Karlos Sayns Formula 1 avtomobil sinfi üzrə dünya çempionatının 20-ci mərhələsinin - Meksika Qran Prisinin qalibi olub. AYNA xəbər verir ki, yarış “Rodriges Qardaşları” Avtodromunda baş tutub.
İkinci yeri McLaren komandasından britaniyalı Lando Norris tutub. Saynsın moneqasklı komanda yoldaşı Şarl Lekler üçüncü olub.
Dünya çempionatının növbəti mərhələsi noyabrın 1-3-də Braziliyada baş tutacaq. Ümumilikdə bu mövsüm sürücülərin dörd Qran Prisi qalıb.