İsmayıllıda qəza: avtomobil dərəyə aşıb

Hadisə

24.09.2020 - 13:37

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində sürücünün anası ölüb

 

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

 

Qeyd edilib ki, sentyabrın 23-də saat 21 radələrində İsmayıllı rayonunun Bizlan kəndi ərazisində Bakı şəhər sakini Azər Qədirlinin idarə etdiyi “Mitsubishi” markalı avtomobili dərəyə aşıb. Nəticədə A.Qədirlinin sərnişini olan anası Əliyyə hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş