İşlədiyi evdən oğurluq edən usta saxlanılıb

Xəbərlər

02.05.2025 - 21:08

Həkimlər Klinikalar SEO Xidməti

Mayın 1-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 1000 manat dəyərində naqil oğurlanıb.

AYNA.AZ xəbər verir ki, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətmiş, həmin evdə usta olaraq çalışan 38 yaşlı Q.Əliyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Qaradağ rayonunda yerləşən bir idarəyə məxsus sahədən 407 manat dəyərində dəmir boruları oğurlamış 56 yaşlı B.Paşayev, 42 yaşlı N.Məmmədov və həmyaşıdı R.Paşayev də saxlanılıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş