İrkutskdakı təyyarə qəzasının baş vermə səbəbi: iki versiya var

Dünya

13.09.2021 - 11:42

Ekipaj xətası və avadanlıq çatışmazlığı əsas versiyalar hesab olunur

Ekipaj xətası və avadanlıq çatışmazlığı İrkutsk yaxınlığındakı təyyarə qəzasının baş vermə səbəbləri arasında əsas versiyalar hesab olunur. AYNA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin (TFR) rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.

Petrenko eniş manevrləri zamanı pilot səhvinin baş verə biləcəyini açıqlayıb.

Qeyd edək ki, dünən L-410 təyyarəsi İrkutsk yaxınlığındakı meşəlik əraziyə qəza enişi edib. Göyərtədə iki ekipaj üzvü olmaqla 16 nəfər olan təyyarədə 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

Qəza yerində artıq iki “qara qutu” tapılıb. Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlər üçün İrkutskda 15 sentyabr tarixi matəm günü elan edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş