Aksiyaçılar polis kordonunu yararaq binaya daxil olmağa cəhd göstəriblər
Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir. AYNA erməni mediasına istinadən bildirir ki, aksiya zamanı etirazçılarla polis arasında qarşıdurmalar olub.
Respublika meydanı yaxınlığında yerləşən hökumət binasının qarşısına gələn aksiyaçılar polis kordonunu yararaq binaya daxil olmağa cəhd göstəriblər. Lakin polis etirazçıların qarşısını almağı bacarıb.
Bundan sonra etirazçılar, əsasən də qadınlar polis və hökumət binası istiqamətində yumurta atmağa başlayıblar. Təhlükəsizlik qüvvələrinin bir neçə aksiyaçını saxlayıb.