İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib

Dünya

13.08.2020 - 02:48

Əməliyyat Haftanin rayonunda aviasiyanın dəstəyi ilə həyata keçirilib

 

Türkiyə Hərbi Hava Qüvvələri "Pəncə-Pələng" əməliyyatı çərçivəsində İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib.

 

AYNA-nın məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi "Twitter" səhifəsində bildirib.

 

Məlumata əsasən, əməliyyat Haftanin rayonunda aviasiyanın dəstəyi ilə həyata keçirilib.

 

Əməliyyatlar zamanı mülki şəxslərə və yaşayış məntəqələrinə hücum edilmədiyi qeyd olunur.

 

Qeyd edək ki, "Pəncə-Pələng" əməliyyatı Türkiyənin təhlükəsizliyini təhdid edən PKK və digər terror qruplaşmalarının üzvlərinin neytrallaşdırılması məqsədi ilə keçirilir.

Müəllif: Ayna.az