İranda koronavirusdan ölənlərin sayı 110 mini ötüb

Dünya

04.09.2021 - 17:29

Həkimlər Klinikalar SEO Xidməti

İranda koronavirus qurbanlarının sayı artıb 

 

İranda ötən sutka ərzində 515 nəfər koronavirusdan (COVID-19) ölüb. AYNA xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

 

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 110 064 nəfərə yüksəlib.

 

İranda son 24 saatda 20 404 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 5 103 537 nəfərə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş