İranda İsrailin hücumları nəticəsində ölənlərin sayı 128-ə çatıb

Dünya

15.06.2025 - 19:44

cedabet dərman SEO Xidməti

Ölən və yaralananların dəqiq sayı bəlli deyil

İranda İsrailin hücumları nəticəsində, qadın və uşaqlar daxil olmaqla, azı 128 nəfər ölüb.

AYNA.AZ "Etemad" qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzinin başçısı Hüseyn Kirmanpur bildirib.

O, ayın 14-nə olan vəziyyətə görə 128 nəfərin öldüyünü açıqlayıb. “Ölən və yaralananların dəqiq sayı bəlli deyil, çünki yaralıların əhəmiyyətli hissəsi ordu və Sepah ilə əlaqəli xəstəxanalara köçürülüb, İsrailin hücumlarına uğramış ərazilərin təmizlənməsi isə başa çatmayıb”, – nazirliyin nümayəndəsi vurğulayıb.

O, Səhiyyə Nazirliyinin nəzdindəki xəstəxanalara 900 nəfərin yerləşdirildiyini, onlardan 230-nun evə buraxıldığını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş