İranda 3 minə yaxın məhkum əfv edilib

Dünya

24.10.2021 - 14:41

Ayətullah Əli Xamneyi əfv sərəncamı imzalayıb

İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi əfv sərəncamı imzalayıb. AYNA xarici mediaya istinadən bildirir ki, 2825 məhkum əfv edilib.

Ali Rəhbərin administrasiyasından verilən açıqlamaya görə, Məhəmməd peyğəmbərin mövludu günü münasibətilə imzalanan sərəncamla əfv olunan məhkumların bir qismi azadlığa buraxılıb, bəzilərinin isə cəza müddəti azaldılıb.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin mövludu günü ilə əlaqədar olaraq İranda hər il əfv sərəncamı imzalanır.

Müəllif: Ayna.az