Tərəflər ikitərəfli münasibətləri və Cənubi Qafqazdakı regional məsələləri müzakirə ediblər
İranın xarici işlər naziri Abbas Əraqçi İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.
AYNA.AZ xəbər verir ki, bu barədə məlumatı İran Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli münasibətləri və Cənubi Qafqazdakı regional məsələləri müzakirə ediblər.