İran Rusiyadan “Geran” hücum dronlarını istəyib

Dünya

14.09.2026 - 19:51

PUA-lar İran ordusu tərəfindən ABŞ və İsrail ilə münaqişədə istifadə edilə bilər

İran Rusiyadan ən son “Geran-4” və “Geran-5” hücum dronları istəyib. AYNA.AZ xəbər verir ki, bu barədə "Financial Times" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu PUA-lar İran ordusu tərəfindən ABŞ və İsrail ilə münaqişədə istifadə edilə bilər.

"Rusiyanın dron imkanları o qədər yaxşılaşıb ki, bu il Tehran Moskvadan İsrail və ABŞ ilə müharibədə istifadə üçün qabaqcıl “Geran” dronları təmin etməsini istəyib", - deyə nəşr yazıb.

Bundan əlavə, qeyd olunub ki, yeni “Geran” dronları Ukraynadakı “xüsusi əməliyyat” zonasındakı vəziyyətə əhəmiyyətli dərəcədə təsir göstərib. Məsələn, reaktiv mühərrikli “Geran-5” saatda 600 kilometrə qədər sürətə çata bilir, 1000 kilometrə qədər məsafəyə malikdir və 90 kiloqramlıq döyüş başlığı daşıyır.

Bundan əlavə, “Geran-5” süni intellekt elementləri və elektron müharibə sistemlərinə davamlı antenaları olan idarəetmə sistemi ilə təchiz olunub.

Nəşr əlavə edib ki, “Geran” təyyarələri ukraynalılar üçün sürpriz olub və Ukrayna Silahlı Qüvvələrinin bu dronlara qarşı effektiv mübarizə metodları yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş