191 nəfər qanun layihəsinin qəbulunun lehinə, səkkiz deputat əleyhinə səs verib
İran Parlamentinin üzvləri İran və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi haqqında qanun layihəsinin ümumi müddəalarını təsdiqləyiblər. Bu barədə AYNA.AZ “Fars” agentliyinə istinadən bildirir.
Qeyd olunub ki, İran deputatları sənədin ölkələr arasında hərtərəfli strateji tərəfdaşlığa dair ümumi müddəalarını dəstəkləyib.
İranın digər xəbər agentliyi İRNA-nın məlumatına görə, səsvermə günündə 290 deputatdan 212-si iştirak edib. Onlardan böyük əksəriyyəti - 191 nəfər qanun layihəsinin qəbulunun lehinə, səkkiz deputat əleyhinə səs verib. Daha üç deputat isə bitərəf qalıb.