İranlı alimlər nüvə silahı yaratmaq üçün işləri sürətləndiriblər
Amerika kəşfiyyatı bir qrup iranlı alimin nüvə silahı yaratmaq üçün sürətləndirilmiş üsul üzərində işlədiyini aşkar edib. AYNA xəbər verir ki, bu barədə “The New York Times” (NYT) hazırkı və təqaüddə olan ABŞ rəsmilərinə istinadən yazıb.
Məlumatlar Prezident Co Baydenin administrasiyasının son aylarında toplanıb və yeni Prezident Donald Trampın milli təhlükəsizlik komandası ilə paylaşılıb. Rəsmilər İranın nüvə silahı hazırlamaq astanasında olduğunu deyiblər.
ABŞ 2015-ci il JCPOA-dan çıxdıqdan sonra İran uran istehsalını bərpa edib və indi dörd və ya daha çox nüvə bombası hazırlamaq üçün kifayət qədər yanacağa malikdir.
Qeyd olunub ki, məsələ çox güman ki, fevralın 4-də Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə müzakirə olunacaq.