Həsən Ruhani: "İran neft satışında bu qədər problem yaşamamışdı"
İran Prezidenti Həsən Ruhani maraqlı açıqlama ilə gündəmə gəlib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ruhani 1979-cu ildəki inqilabdan sonra İranın ən ağır günlərini yaşadığını bildirib.
"Heç vaxt neft satışında və bir neft tankerinin hərəkətində bu qədər problem yaşamamışdıq”, - deyə İranın dövlət başçısı vurğulayıb.
Ruhani onu da əlavə edib ki, iqtisadi bilikləri olmayanlar İrana irad tutmasınlar: “İrana sanskiya tətbiq ediləndən sonra neft satışında böhran əmələ gəldi. Ancaq nüvə sazişi bağlandıqdan sonra neft satışında yenidən yüksəliş baş verdi. Biz bu gün neftdən gəlir etməsək də, bu, bizim üçün elə də əhmiyyət kəsb etmir. Digər təsərrüfatların fəaliyyətinə də xitam verə bilərik. Hətta neft istehsalını aktivləşdirmək üçün nüvə sazişindən sonra 800 milyon dollar vəsait də xərcləmişik. Ancaq qapıları bağlamaq yox, açmaq daha çox hünər tələb edir”.