İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı artırılıb

Xəbərlər

20.04.2020 - 21:29

Həkimlər Klinikalar SEO Xidməti

Baş Nazir Əli Əsədov qərar imzalayıb 

 

Nazirlər Kabineti “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 166 nömrəli qərarında dəyişiklik edib.

 

AYNA xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

 

Kollegiyanın sədri

 

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

 

Kollegiyanın üzvləri:

 

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini

 

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavinləri

 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Dövlət Vergi Xidmətinin rəisi

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi.

 

Qeyd edək ki, bundan əvvəl İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət idi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş