İnvestisiya Holdinqinin iclası keçirilib

Xəbərlər

16.10.2021 - 21:30

Həkimlər Klinikalar SEO Xidməti

İclasda bir sıra mühüm məsələlər müzakirə olunub 

Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası keçirilib. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində nəqliyyat sektoruna aid dörd portfel şirkətin “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin fəaliyyətinin diaqnostikasının nəticələri və portfel şirkətlərin korporativ idarəetmə standartlarının və idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi məsələləri müzakirə edilib.

Holdinqin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.

Həmçinin iclasda diaqnostikanın nəticələri barədə nəqliyyat sektoruna aid portfel şirkətlərin Müşahidə Şurasının sədrinin və şirkət rəhbərlərinin çıxışları ətrafında geniş müzakirələr aparılıb.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş