İnsanlara qarşı ən çox zorakılıq halları Avropanın bu ölkələrindədir

Dünya

14.03.2021 - 11:02

Ən az zorakılığın olduğu ölkələr isə Xorvatiya, Litva və Polşadır

 

İnsanların məruz qaldığı zorakılıq hallarına və törədilən cinayətlərin səviyyəsinə görə Bolqarıstan Avropa İttifaqı (Aİ) ölkələri arasında birinci yerdədir. AYNA xarici mediaya istinadən bildirir ki, Aİ ölkələrinin əhalisinin 11 faizi cinayət, zorakılıq və vandalizm aktları ilə üzləşirlər.

 

Bu statistikada isə Bolqarıstan birinci yerdə qərarlaşıb. Ölkənin əhalisinin 20,2 faizi yaşadıqları yerlərdə zorakılıq və cinayət halları ilə üzləşdiklərini bildiriblər.

 

Siyahıda ikinci yerdə 16,9 faizlə Yunanıstan, üçüncü yerdə isə 16,3 faizlə Niderland dayanır.

 

Ən az zorakılığın olduğu ölkələr isə Xorvatiya, Litva və Polşadır.

 

 

Müəllif: Ayna.az