İngiltərə kraliçasının əri vəfat edib

Dünya

09.04.2021 - 15:59

Şahzadə Filip bu gün 99 yaşında dünyasını dəyişib

 

İngiltərə kraliçası II Yelizavetanın əri, şahzadə Filip 99 yaşında vəfat etdi. AYNA xəbər verir ki, bu barədə İngiltərə Kral ailəsinin Mətbuat Xidməti “Twitter”də məlumat yayıb.

 

"Əlahəzrət Filip bu gün səhər Vindsor qalasında vəfat etdi", - deyə açıqlamada qeyd edilib.

 

Şahzadənin ölüm səbəbi barədə məlumat verilməyib.

 

Qeyd edək ki, iki ay sonra, 10 iyun tarixində Şahzadə Filipin 100 yaşı olacaqdı.

 

Müəllif: Ayna.az