Qorontalo, Malut, Qərbi Papua, Papua və Şimali Sulavesi bölgələrində sunami gözlənilir
Kamçatkada baş verən güclü zəlzələdən sonra İndoneziyada sunami xəbərdarlığı edilib. AYNA.AZ xəbər verir ki, bu barədə iyulun 30-da Meteorologiya, İqlimologiya və Geofizika Agentliyindən bildirilib.
"Qısa sunami xəbərdarlığı. Rusiyanın Kamçatka şəhərindən 164 km cənub-şərqdə yerləşən 8,6 bal gücündə zəlzələ baş verib", - məlumatda qeyd olunub.
Qorontalo, Malut, Qərbi Papua, Papua və Şimali Sulavesi bölgələrində sunami gözlənilir.
Qeyd edək ki, bu gün Kamçatkada 8.7 bal gücündə zəlzələ olub.