İndoneziya sahillərində güclü zəlzələ baş verib

Dünya

03.11.2021 - 00:32

Yeraltı təkanların episentri 95 km dərinlikdə yerləşir

İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

AYNA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 355 minə yaxın insanın yaşadığı Ambon şəhərindən 457 km cənub-şərqdə 95 km dərinlikdə yerləşir.

Tələfat və sunami təhlükəsi barədə məlumat verilməyib.

Müəllif: Ayna.az