Cavad Zərif ABŞ-ın Fars körfəzinə qədər olan məsafəsini göstərən bir xəritə paylaşaraq ABŞ-a mesaj ünvanlayıb
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif sosial media hesabında ABŞ-la bağlı paylaşım edib. AYNA İran mətbuatına istinadən xəbər verir ki, Zərif ABŞ ordusunun evlərindən 11 min kilometr uzaqda işləri olmadığını və onları Fars körfəzi sahillərində sıxışdırmaq istədiklərini bildirib.
“ABŞ ordusunda 5 mindən çox koronavirusa yoluxma aşkarlanıb. Donald Tramp onunla məşğul olmalıdır, Səddam tərəfdarlarının təhdidləri ilə deyil. ABŞ qüvvələrinin evlərindən 11 min kilometr məsafədə heç bir işi yoxdur. Bizi Fars körfəzi sahillərində sıxışdırmağa çalışırlar”-deyə iranlı nazir bildirib.
Cavad Zərif ABŞ-ın Fars körfəzinə qədər olan məsafəsini göstərən bir xəritə paylaşaraq ABŞ-a mesaj ünvanlayıb: “Bu nömrələri yadda saxlayın. Fars körfəzinin ABŞ sahillərinə qədər olan 11 min kilometrlik məsafədir, sıfır kilometrlik yox”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dünən sosial media hesabında Amerikaya məxsus gəmiləri açıq dənizlərdə təhdid edən İran gəmilərinin vurulma təlimatını verdiyini açıqlamışdı.