Zəhərlənənlərdən biri xəstəxanaya yerləşdirilib
İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, faciə nəticəsində ana Azadova Mehriban İdris qızı, iki azyaşlı övladı Azadov Məhəmməd Vasif oğlu və Azadova Fatimə Vasif qızı vəfat ediblər.
Ailə başçısı Bəhrəmtəpə kənd sakini 1989-cu il təvəllüdlü Azadov Vasif Əlirza oğlu komatoz vəziyyədə İmişli rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
"Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Vəziyyəti orta ağır qiymətləndirilir", - TƏBİB-dən bildirilib.