İlon Mask ABŞ-ın büdcə xərclərini 1 trilyon dollar azaltmaq istəyir

Dünya

28.03.2025 - 10:53

Həkimlər Klinikalar SEO Xidməti

“Federal xərcləri 7 trilyon dollardan 6 trilyon dollara qədər azaltmaq lazımdır"

ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, amerikalı sahibkar İlon Mask martın 27-də ABŞ hökumətinin xərclərini 1 trilyon dollar azaltmaq istədiyini açıqlayıb. AYNA.AZ bu barədə xarici mediaya istinadən bildirir.

"Məqsədimiz büdcə kəsirini 1 trilyon dollara, yəni yarıya endirməkdir. Federal xərcləri 7 trilyon dollardan 6 trilyon dollara qədər azaltmaq lazımdır", - Mask qeyd edib.

O, Amerika hökumətindəki külli miqdarda fırıldaqçılıq və israfçılığı da qeyd edərək, bunun təxminən 1 milyard dollara başa gəldiyini söyləyib: “Sadə sorğular bunu deyir. Demək olar ki, bir milyard mənasız xərclənib".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş