İlham Əliyevdən iki yeni sərəncam

Xəbərlər

06.01.2020 - 15:42

Dövlət başçısı iki nəfəri ordenlə təltif edib

 

Prezident İlham Əliyev Əhməd Əhmədzadənin “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

 

AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir: 

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhməd Cuma oğlu Əhmədzadə 1 ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin".

 

Dövlət başçısı bu gün, həmçinin Vahid Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb:


"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Tapdıq oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilsin".

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş