İlham Əliyev: “Xocalı soyqırımını törədənlərin bir çoxu məhv edilib”

Xəbərlər

26.02.2021 - 11:28

Həkimlər Klinikalar SEO Xidməti

Prezident: “Bu soyqırımını törədənlər hərbi cinayətkarlardır”

 

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi onlayn mətbuat konfransında Xocalı soyqırımının 29-cu ildönümündən danışıb. AYNA-nın xəbərinə görə, ölkə başçısı qeyd edib ki, Xocalı soyqırımı Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımdır, cinayətdir.

 

Prezident xatırladıb ki, Xocalı soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib: “Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Bu soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu tərəfindən məhv edilib. Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi. Ermənistan faşizmi o vaxt baş qaldırdı. 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurub. Hərbi təxribatlar, terror aktları, din əhaliyə qarşı qəddarlıq, şəhərlərin, kəndlərin atəşə tutulması, eyni zamanda İkinci Qarabağ Müharibəsi dövründə ballistik raketlərlə şəhərlərin bombalanması erməni faşizmin təzahürüdür”.

 

İ.Əliyev qeyd edib ki, Xocalı soyqırımı dünya ictimai tərəfindən tanınır: “Ondan çox ölkə bu hadisəni soyqırım kimi təsdiq edib. Bu proses davam edir. Bu gün dünyada Xocalı soyqırımı haqqında dolğun məlumat var”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş