İyunun 30-da Azərbaycan Prezidenti İlham Əliyev daha bir videokonfransa qatılıb.
AYNA Prezidentin rəsmi saytına istinadən bildirir ki, BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında videokonfrans baş tutub.