Kreml liderlərin görüşəcəyini təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Moskvada görüş keçiriləcək. AYNA xəbər verir ki, məlumatı Kremlin sözçüsü Dmitri Peskov təsdiqləyib.
“Gələn həftə biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada Avrasiya İqtisadi Forumu və Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Biz gözləyirik ki, həm Prezident İlham Əliyev, həm də Baş nazir Nikol Paşinyan Moskvada olacaqlar. Mümkün danışıqlar barədə məlumat verəcəyik”, - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, iki gün əvvəl Rusiya mediasında Azərbaycan və Ermənistan liderlərinin mayın 25-də Moskvada görüşəcəkləri barədə məlumat yayılıb. Hələ ki, rəsmi Bakı və İrəvan görüşlə bağlı məlumat açıqlamayıb.