İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak edirlər - VİDEO

İdman

09.08.2022 - 22:35

Həkimlər Klinikalar SEO Xidməti

V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 idmançı yarışır

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi başlayıb.

AYNA "Report"a istinadən xəbər verir ki, tədbir başlamamışdan əvvəl türk qırıcıları Konya Böyükşəhər Bələdiyyəsi Stadionunun üzərində nümunəvi uçuşlar həyata keçirərək, məharətlərini göstəriblər.

Tədbir isə Livan əsilli isveçli müğənni Maher Zeynin konsert proqramı ilə başlayıb.

Daha sonra Qurani Kərimdən ayələr oxunub. 

Stadionda açılış mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, eləcə də digər ölkələrin rəhbər şəxslərinin qatıldıqları elan olunub.  

Rəqqaslar V İslam Həmrəyliyi Oyunlarının loqosunu canlandıracaqlar. Oyunlar üçün xüsusi olaraq lalə formasında hazırlanmış loqo özündə 21 rəqəmini simvolizə edir. Loqoda, eyni zamanda, ərəb dilində “qardaş” sözünü bildirən “ أ خ” sözü də yer alıb.

Gerisayımın ardından Anadolunun tarixi, gəzməli-görməli yerlərinin görüntüləri rəqqasların müşayiəti ilə nümayiş etdirilib.

Fəxri qarovul dəstəsinin müşayiəti ilə Türkiyənin dövlət bayrağı stadiona gətirilib və qardaş ölkənin İstiqlal marşı səsləndirilib. 

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 idmançı yarışır. Avqustun 18-dək davam edəcək İslamiadada Azərbaycanın ümumilikdə 281 idmançısı qüvvəsini sınayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş