Arif Məmmədov mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə təltif olunub
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Arif Əhməd oğlu Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Arif Əhməd oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin".