İƏT Ermənistana mina xəritələri ilə bağlı çağırış edib

Xəbərlər

08.04.2021 - 17:50

“Minaları təmizləmək üçün beynəlxalq təcrübəyə əsaslanmaq olar”

 

“Atəşkəs anlaşmasında Ermənistana minalanmış ərazilərin xəritələrini vermək üçün çağırış edilib”. AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında Türkiyənin təşkilatdakı təmsilçisi Mehmet Metin Eker deyib.

 

“Xəritələrin verilməsi üçün İƏT də çağırış edə bilər. Biz bu gün bu barədə müzakirə aparacağıq. Mənə elə gəlir ki, bu mövzuda Ermənistana təziq edilə bilər. Əgər Ermənistan xəritə məsələsində israrlı olarsa, minaları təmizləmək üçün beynəlxalq təcrübəyə əsaslanmaq olar”.

Müəllif: Ayna.az