Peskov: “Əlbətdə, bu qərardan təəssüflənirik”
İdman Arbitraj Məhkəməsinin (CAS) Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq idman tədbirlərinə qatılmasını qadağan edən qərarından təəssüflənir. AYNA Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbətdə, bu qərardan təəssüflənirik. Qərara münasibətimiz mənfidir”, - Kreml rəsmisi bildirib.
Qeyd edək ki, CAS Rusiya idmanına qarşı tətbiq olunan sanksiyaların siyahısını yayımlayıb. Sanksiyalarda qeyd olunub ki, ruslar iki il ərzində milli bayraq altında Dünya Çempionatında, Olimpiya və Paralimpiya oyunlarında iştirak etmək hüququndan məhrum edilir.
Bununla yanaşı, Rusiya rəsmiləri heç bir beynəlxalq idman federasiyasında rəhbər vəzifələrini tuta və böyük idman tədbirlərində iştirak edə bilməyəcəklər. Xüsusilə, Rusiyanın Prezidenti, Baş naziri və Baş nazirin müavinləri, nazirlər və Dövlət Dumasının deputatları Dünya Çempionatına və Olimpiya Oyunlarına qatıla bilməyəcəklər.