İctimai yerlərdə koronavirus xəstələri aşkarlanıb

Xəbərlər

07.04.2021 - 12:54

Polis onları tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb

 

Aprelin 6-da polis əməkdaşları tərəfindən ölkə ərazisində yeddi aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

 

Onlardan Gəncə şəhər sakini R.Sadıqov barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az