100 hektar sahədə quru ağac, kol-kos və xəzəl yanıb
Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən söndürülüb. Bu barədə AYNA-ya FHN-dən bildirilib.
İlkin hesablamalara görə, təqribən, 100 hektar sahədə quru ağac, kol-kos və xəzəl yanıb.