Hindistanda xəstəxanada yanğın: <font color=red> 4 koronavirus xəstəsi öldü</font>

Dünya

10.04.2021 - 08:29

Hindistanın Naqpur şəhərində koronavirusa yoluxmuş xəstələrin müalicə olunduğu xəstəxanada baş vermiş yanğın nəticəsində azı dörd nəfər həyatını itirib.

 

AYNA-nın “Hindustan Times” qəzetinə istinadən məlumatına görə, yanğın cümə günü axşam saatlarında xəstəxananın birinci mərtəbəsində başlayıb. Yanğının tüstüsü 10 pasiyentin müalicə olunduğu ikinci mərtəbədəki reanimasiyaya yayılıb. Xəstəxana personalı onlardan yalnız altısının həyatını xilas edə bilib, qalan dörd pasiyent asfiksiya səbəbindən həyatını itirib.

 

Mənbələr bildiriblər ki, 27 pasiyent ağır vəziyyətdə digər xəstəxanalara köçürülüb.

 

Qeyd olunur ki, yanğının səbəbi hələlik müəyyənləşdirilməyib, ilkin məlumata görə, o, qısa qapanmadan yarana bilərdi.

Müəllif: Ayna.az