Ömürlük həbs cəzası alan 76 yaşlı keşiş məhkəmədə peşman olmadığını deyib
Dehli məhkəməsi Vişva Bandxu adlı yerli keşişi 7 və 9 yaşlarında iki qıza məbəddə təcavüz etdiyinə görə ömürlük həbs cəzasına məhkum edib. AYNA xarici mediaya istinadən bildirir ki, 76 yaşlı keşiş məhkəmə prosesinin heç bir mərhələsində peşmançılıq ifadə etməyib.
Ömürlük həbs cəzasına əlavə olaraq, qoca keşiş təcavüzə görə 50 min rupi və qurbanları qorxutduğuna görə 10 min rupi cərimələnib. O, hər qıza 750 min rupi təzminat ödəyəcək.
Hakim deyib ki, cinayət uşaqların özlərini mümkün qədər təhlükəsiz hiss etməli olduqları yerdə baş verib.
Qeyd edək ki, bu həftənin əvvəlində Dehlidə bir Hindu keşişin də iştirak etdiyi başqa bir doqquz yaşlı qızın zorlanması və öldürülməsi ilə əlaqədar kütləvi etirazlar başlayıb.
Məlumatda qeyd edilir ki, Hindistan qadınlar üçün ən təhlükəli ölkələrdən biridir. Orada hər gün onlarla qurbanın ölümü ilə nəticələnən onlarla zorakılıq hadisəsi qeydə alınır.