Hindistanda əlverişsiz havaların fəsadları açıqlanıb

Dünya

19.11.2019 - 22:13

Həkimlər Klinikalar SEO Xidməti

"6,4 milyon hektar əkin sahəsinə ziyan dəyib"

 

Hindistanda cari ilin musson mövsümündə əlverişsiz havalar səbəbindən 2391 nəfər ölüb, 800 mindən artıq yaşayış evi zədələnib.

 

AYNA “Report"a istinadən xəbər verir ki, bu barədə parlamentin sorğusuna cavab verən hökumətin dövlət naziri Şri Nityanand Rai bildirib.

 

“Ştatlar və müttəfiq bölgələrdən əldə etdiyimiz məlumatlara görə, daşqınlar, leysan yağışları, torpaq sürüşmələri nəticəsində 2391 nəfər və 15729 baş iri mal-qara ölüb, 800067 ev zədələnib, 6,4 milyon hektar əkin sahəsinə ziyan dəyib” - deyə nazir qeyd edib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş